Hadisə

Mingəçevirdə qəzaya düşən uşaq Bakıya göndərildi

“İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım. Dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng etmişdim. 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilkin yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib”.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

“Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk”, – A.Mirzəzadə əlavə edib.

Bənzər yazılar

Back to top button