GündəmManşetÖnə çıxanlar

Azərbaycanın düşməni qorxuya salacaq yeni raket kompleksi

Bu gün prezident İlham Əliyev Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.

Dövlət başçısı döyüş texnikası parkında hərbi texnikaya baxıb.

Müdafiə Nazirliyinin yaydığı fotolara görə, yeni silahların arasında Belarus istehsalı olan “Polonez” raket kompleksləri də var.

“Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. Maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.

Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.

Həmçinin dövlət başçısı İsrail istehsalı olan Long-Range Artillery Missile – LORA əməliyyat -taktiki raket kompleksi ilə tanış olub.

LORA da “Polonez” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqr

Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. GPS və İNS sistemləri ilə idarə olunur.

Bənzər yazılar

Back to top button