Hadisə

Rəsmi açıqlama: Azərbaycanda güclü zəlzələ baş verə bilər?

“Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktiv zona yoxdur”.

AzToday.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, Zaqatala rayonunda zəlzələ bölgəsində son iki gündə heç bir aktivlik qeydə alınmayıb: “Zaqatalada qeydə alınan 6 ballıq zəlzələdən sonra ərazidə 100-dən çox avterşok baş verib”.

Q.Yetirmişli qeyd edib ki, son günlər ölkənin digər bölgələrində fon səviyyəsində olan zəif təkanlar qeydə alınıb: “Ölkə ərazisində zəif, hiss olunmayan yeraltı təkanlar hər gün olur və bu normal haldır. Zəif təkanlar qorxulu deyil və onlar insanlar tərəfindən hiss olunmur”.

Bənzər yazılar

Back to top button