GündəmManşetSiyasət

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla Qarabağa dair sazişlərin reallaşmasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin martın 11 və 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Martın on birində və on ikisində Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefonla danışıb. Dağlıq Qarabağla bağlı 9 noyabr 2020- ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmaların reallaşmasının praktiki aspektləri nəzərdən keçirilib”, – məlumatda deyilir. (Turan)

Bənzər yazılar

Back to top button