CəmiyyətHadisə

Xaçmazda bakterioloji çirklənməyə məruz qalmış at əti aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə Xaçmaz rayonu Padar kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilib. Baxış zamanı meşə ərazisində qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, sümükdən ayrılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 100 kq at əti və 1 ədəd kəsilmiş atın başı aşkar olunub.

İlkin araşdırma nəticəsində həmin heyvanın Padar kənd sakini İsmayıl Məmmədov tərəfindən kəsilməsi, ətin sümükdən ayrılması və həmin at ətinin Bakı şəhərində satılması məqsədlə hazırlandığı müəyyən edilmişdir.

Aşkar edilmiş, sümükdən ayrılmış at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş at əti barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

AzərTac

Bənzər yazılar

Back to top button