İdman

Messi MLS-də mövsümün rəmzi komandasına daxil edilmədi

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi MLS mövsümünün rəmzi komandasına daxil edilməyib.

Qol.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

MLS-də mövsümün rəmzi komandası belədir: Roman Bürki (“Sent-Luis Siti”), Matt Miazqa (Cincinnati), Tim Parker (Sent-Luis Siti), Uoker Zimmerman (“Neşvill”), Lusiano Acosta (“Cincinnati”), Tiaqo Almada (“Atlanta”), Hektor Herrera (“Hyuston Dinamo”), Hani Muxtar (“Neşvill”), Denis Buanqa (“Los Anceles”), Georgios Yakumakis (“Atlanta”), Kuço Hernandez (“Kolumbus Ekipajı”).

Qeyd edək ki, Messi ötən yay “İnter Mayami”yə transfer olunub.

Bənzər yazılar

Back to top button