Dünya

Bayden rusiyalılara videomüraciət etdi: “Qorxmayın…”

Rusiyalılar ABŞ-dan, NATO-dan və ya Ukraynadan qorxmamalıdır.

Qaynarinfo xəbər verir ki, bu sözlər ABŞ prezidenti Co Baydenin bəyanatında yer alıb.

O, hesab edir ki, Rusiya və Ukrayna xalqlarının ümumi tarixi var və onlar qanlı müharibəyə başlamamalıdırlar.

O, ABŞ, NATO və Ukraynanın Rusiyanı təhdid etmədiyini vurğulayıb. Onun videomüraciəti Ağ Ev tərəfindən yayımlanıb.

“Biz rusları təhdid etmirik və Rusiyada sabitliyin pozulmasını istəmirik. Mən Rusiya vətəndaşlarına müraciət edirəm – siz bizim düşmənimiz deyilsiniz. Və mən inanmıram ki, kimsə Ukraynaya qarşı qanlı və dağıdıcı müharibə istəyə”, – Amerika lideri bildirib.

Baydenin açıqladığı Amerika tərəfinin məlumatına görə, Rusiya Ukrayna ilə sərhədlərdə 150 mindən çox hərbçi cəmləşdirib.

Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Rusiya Ukrayna sərhədində 100 batalyon taktiki qrupunu (BTQ) cəmləşdirib ki, bu da RF Silahlı Qüvvələrinin bütün quru döyüş gücünün 60%-ni təşkil edir.

Nəşrin məlumatına görə, daha 14 BTQ yoldadı.

Bənzər yazılar

Back to top button