Dünya

Suriyada türk və rusiyalı mütəxəssislər öldürüldü

Suriyanın İdlib bölgəsində Rusiya və Türkiyənin hərbi mütəxəssisləri öldürülüb…

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə gərginliyin, zorakılığın artması nəticəsində Suriya qoşunları reaksiya vermək məcburiyyətində qalıb.

Həmçinin Rusiyanın Astana razılaşmasına sadiq olduğu və Suriyada təhlükəsizliyə nail olmaq üçün İran və Türkiyə ilə koordinasiya ediləcəyi bildirilib.

Öldürülən Rusiya və Türkiyənin hərbi mütəxəssislərinin sayı və kimliyi barədə məlumat verilmir.

Bənzər yazılar

Back to top button