Bakının 5 mikrorayonunda su kəsiləcək

Print Friendly, PDF & Email

Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün paytaxtın Nəsimi rayonunun 1,2,3,4,5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AzToday.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.