İdman

Milli komandamızın üzvü Portuqaliya klubunda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, futbolçumuz karyerasını Portuqaliyada davam etdirəcək. O, bu ölkənin “Eştoril” klubuna transfer olunub.

Klubun rəsmi saytında forvardın artıq müqaviləni imzaladığı təsdiqlənsə də, kontraktın müddəti barədə məlumat verilmir.

“Eştoril klubunda olmağıma çox şadam. Ümid edirəm ki, bu hamı üçün unudulmaz bir dönəm olacaq”, deyə Dadaşov klubun saytına verdiyi açıqlamada söyləyib.

Qeyd edək ki, Renat mövsümün gedişində Almaniyanın “Ayntraxt” klubundan kənarlaşdırılıb.

Bənzər yazılar

Back to top button