Bizim seçimDünyaManşetSiyasət

Bakı Kremlin təklifini qəbul etməyəcək (TƏHLİL)

İyunun 7-də Moskvada Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının toplantısı keçirildi. Həmin toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər Suriyanın yenidən qurulmasında iştirak etsinlər. Şoyqunun sözlərinə görə Suriyada həyat normallaşıb və infrasturktur çalışmalarına başlamaq olar.

Moskvanın bu istəyi yeni deyil. Moskva daha əvvəl tərəfdaşlarını Suriyadakı “sülhməramlı” əməliyyatlarda iştiraka dəvət etmişdi. Onun bu təklifini də o zaman heç kim qəbul etmədi. Rusiyanın ən yaxın tərəfdaşları Belarus və Qazaxıstandır. Bu iki dövlət də Rusiya ilə birgə Suriyada sülhməramlı əməliyyatlarda iştirak etmədi.

Moskva indi də tərəfdaşlarını Suriyanın yenidən qurulmasında iştiraka dəvət edir. Bu təklif nə üçün Moskvaya vacibdir?

Kremlin iki məqsədi var:

Birincisi, Rusiya Qərb sübut etmək istəyir ki, o Suriyada tək deyil.

İkincisi, Suriyanın yenidən qurulması üçün xeyli maliyyə lazımdır. Kreml Suriyanın yenidən qurulmasına başqa dövlətlərin də maliyyə ayırmasını istəyir.

Kremlin bu iki məqsədinə çatacağı problemitkdir. Azərbaycanın Rusiyanın Suriya ilə bağlı təklfinə müsbət yanaşmayacaq. Çünki, Şoyqunun dediyindən fərqli olaraq Suriyada siyasi vəziyyət stabil deyil. Azərbaycan təklifə qoşularsa faktiki Bəşər Əsəd rejiminin güclənməsində iştirak edəcək. Bu Azərbaycana lazım deyil.

Bəşər Əsəd separatçı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı. Azərbaycan isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi Bakı separatçılaraı tanıyan rejimə dəstək verə bilməz.

Digər tərəfdən Suriyada böyük dövlətlərin fərqli maraqları var. Azərbaycan Suriyada infrastruktur çalışmalarına qosuşlsa bu Azərbaycanın Rusiyanın mövqeyini dəstəklədiyi görüntüsü yaradacaq. Azərbaycan Suriyada infrastruktur çalışamalarına o zaman qoşula bilər ki, bu ölkədə beynəlxalq aləmin iştirakı ilə siyasi dialoq başlasın. Azərbaycan Suriyanın yenidən qurulmasında Rusiya ilə deyil Türkiyə ilə birgə iştirak edə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button