Hadisə

Sabirabadda 3 yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad rayonun Cavad kəndində 3 yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd olunan yaşayış məntəqəsində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat iyulun 31-də saat 11.00 radələrində daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib, deyə qurumun məlumatında deyilir.

Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanılıb.

Bənzər yazılar

Back to top button