Bizim seçimCəmiyyətMədəniyyət

Qırxayaq olma, Mirşahin!

Qırxayaqlı olma…

Qırxayaq olma, Mirşahin!

İki müqayisə ilə tamaşaçını günahlandırırsan: Meqamarket və qırxayaq. Yeri yoxdur, Miri…

Birinci, sən TV olaraq dəyər məkanısan, bazar deyilsən. Yağ satandan dərman istəməyə bənzər sənin bu misalın.
Dəyər yaradılar, mal isə satılar. Bazar olaraq gördüyünüz TV-ləri mal kimi görüldüyü üçün bitdi…

İkinci, qırxayaq heyvandır. Bir fitrəti və yaranış hekayəsi var. Hansı ayağı ilə yerişə başlasa da, heyvandır.

İnsan isə hardan gəldiyini, hara gedəcəyini bilən canlıdır. TV-lərin məqsədi bu canlının ağlını və ruhunu canlandırıb dəyər istehsal etmək idi.

Tamaşaçını deyil, özünü dəyiş. Dəyiş ki, dəyər olasan. Reytinğləri bəhanə edib ucüzluğa getdiyiniz andan dəyərsizləşdiniz.

Hər şeyin alınıb satıla bilinəcəyini söyləyən birinə, Moskvada yaşayan çox imkanlı bir dostumuz çox ağır bir cavab verdi: “Ailəndən kimi seçirsən seç, qiymətini qoy, alacam”.

TV əlinizdə fürsətdi deyə tamaşaçını ittiham etmə. TV ailəsi olaraq peşə əxlağını qoruyanların adından danışma.
Bu yazı bir tamaşaçı mövqeyidir.

Aşağıdakı da sənin mövqeyindir.

http://axar.az/news/hadise/282511.html

İdris Heydərli

Bənzər yazılar

Back to top button