İdman

“Qarabağ”ı Leverkuzendə nə qədər azarkeş dəstəkləyəcək?

Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” – “Qarabağ” cavab görüşündə Ağdam təmsilçisinin azarkeşləri də stadionda olacaqlar.

Qol.az-ın məlumatına görə, “BayArena”dan 1500-1800 “Qarabağ” azarkeşi komandasına dəstək olacaq. Sözügedən stadion 30 min 210 azarkeş tutumuna malikdir.

Daha əvvəl “Qarabağ”ın yaydığı məlumatda komandanın azarkeşləri üçün “Bayer” tərəfdən 1790 ədəd bilet ayrıldığı və satışa çıxarıldığı qeyd olunmuşdu.

Xatırladaq ki, “Bayer” – “Qarabağ” matçı martın 14-dən 15-nə keçən gecə – Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bənzər yazılar

Back to top button