Dünya

ABŞ Rusiya silahı alanları cəzalandıracaq: Siyahıda Türkiyə var

ABŞ Rusiya müdafiə kompleksi ilə əməliyyatlarına görə müttəfiq dövlətlərə sanksiya tətbiq edəcək.

Qaynarinfo xəbər verir ki, bunu Dövlət Departamentinin rəhbəri Anthoni Blinken jurnalistlərin iştirakı ilə keçirilən dəyirmi masa zamanı bildirib. Yayım Dövlət Departamentinin YouTube kanalında aparılıb.

“Rusiyanın zenit-raket komplekslərinin alınması, NATO üzvlərinin 2016-cı ildə Varşavadakı ittifaq sammitinin qərarlarına uyğun olaraq qəbul etdikləri müttəfiqlik öhdəliklərinə ziddir”, – Blinken vurğulayıb.

O, nümunə olaraq Rusiya Federasiyası ilə Türkiyə arasındakı müqaviləni göstərib.

“Türkiyənin və ABŞ-ın bütün müttəfiqlərinin və tərəfdaşlarının gələcəkdə S-400 komplekslərinin yeni alınması da daxil olmaqla rus silahlarını almaqdan çəkinmələri çox vacibdir”, – Blinken deyib və Rusiya silahları ilə əlaqəli hər hansı bir əməliyyatın CAATSA qanununa düşə biləcəyinə diqqət çəkib.

Xatırladaq ki, 2017-ci ildə Türkiyə ilə Rusiya Federasiyası arasında S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzalanıb, dörd bölmənin alış qiyməti 2,5 milyard dollar təşkil edib. Rus komplekslərini alması Ankara ilə Vaşinqton arasında münasibətlərin soyumasına səbəb olub.

Bənzər yazılar

Back to top button