Azərbaycanda növbəti dəfə zəlzələ baş verdi

by Aztoday Xəbər Portalı

Azərbaycanın Saatlı rayonu ərazisində növbəti dəfə zəlzələ baş verib.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidməti yayıb.

Məlumata görə mayın 11-də yerli vaxtla saat 10.50-də Saatlı rayonu ərazisinidə zəlzələ baş verib.

Yerin 46 km dərinliyində qeydə alınan yeraltı təkanların şiddəti 3.3 bal gücündə olub.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu səhər Saatlı rayonu ərazisində 5.3 bal gücündə zəlzələ baş vermişdi.

Bənzər Yazılar