İdman

Messi şəxsi antirekordunu təkrarladı

“Barselona”nın kapitanı Lionel Messi La Liqanın XXI turunda “Valensiya” ilə matçda (0:2) qolsuz zərbələrin sayına görə şəxsi antirekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, argentinalı ulduz oyun ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin zərbələrin heç birində fərqlənə bilməyib.

Bu, onun 2017-ci ildə “Deportivo” ilə oyundakı nəticəsinin təkrarıdı. Messi həmin matçda da 11 zərbə vursa da, qapıya yol tapmağı bacarmayıb.

Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bənzər yazılar

Back to top button