Dünya

Trampdan Robert De Niroya sərt cavab: “Oyan, axmaq!”

ABŞ prezidenti Donald Tramp aktyor Robert De Niroya cavab verib.

Qaynarinfo xəbər verir ki, ötən günlərdə aktyor “Tony Awards”in təqdimetmə mərasimində səhnəyə çıxaraq Trampı söymüşdü. ABŞ prezidenti aktyora “Twitter”dən cavab verib.

“Aşağı IQ-yə sahib Robert De Niro filmlərdə boksçular tərəfindən başına çox zərbə alıb. Dünən onu izlədim və sərsəmləmiş olduğuna inandım. Deyəsən ölkəmizin iqtisadiyatının ən yaxşı dövrlərində olduğunu başa düşə bilmir. Bir çox şirkət ölkəyə geri qayıdıb. Oyan, axmaq!”

Bənzər yazılar

Back to top button