DünyaSiyasət

ABŞ Konqresində Azərbaycana sanksiya təklifi: dini azadlıqlara görə

Respublikaçı Partiyanın Missisipi senatoru Rocer Viker ABŞ Konqresinə yeni qanun layihəsini təqdim edib.

Qaynarinfo xəbər verir ki, senator Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukraynadakı separatçı rus qüvvələrini hədəf alıb. Bu ölkələrə qarşı sanksiya təklif edən Viker bildirir ki, siyahıda adı olan ölkələr dini azadlıqlara hörmətlə yanaşmır. Rocer Viker “Xüsusi olaraq izlənilən ölkələr siyahısı” yaradılmasını, Azərbaycanın da daxil olduğu ölkələrin bu siyahıda yer almasını istəyir.

Qanun layihəsinə Demokratlar Partiyasından “New Hapshire” senatoru Ciin Şaheen, Respublikaçılardan Şimali Karolina senatoru Tom Tillis, Arkanzas senatoru Con Buuzman, Kolorado senatoru Kory Qardner və Oklahama senatoru Ceyms Lankford dəstək verib.

Təklifdə adı çəkilən ölkələrin dini və digər azadlıqlar əleyhinə hərəkət etdiyi vurğulanır və layihə azadlıqları məhdudlaşdıran ölkələrə qarşı addım kimi qiymətləndirilir.

Bənzər yazılar

Back to top button