İdman

İspaniya yığmasının baş məşqçisi kim olacaq?

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqinin mümkün əvəzləyicilərinin siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, onun “DÇ-2018″dən sonra “Real”ın “sükanı arxası”na keçəcəyi açıqlanan kimi İspaniya mətbuatı namizəd axtarişina başlayıb.

Nüfuzlu “Marka” nəşri bu posta 4 iddiaçı görür. Bunlar “Malaqa”nın sabiq çalışdırıcısı Miçel Qonsales, “Barselona”nın keçmiş məşqçisi Luis Enrike, gənclər yığmasına rəhbərlik edən Albert Selades və “Nottingem Forest”in meneceri Aytor Karankadı.

“El Mundo”nun siyahısı daha genişdi. Kataloniyalılar da Enrike, Selades və Miçeli namizədlər arasında görür. İspaniya Futbol Federasiyasının idman direktoru Fernando Yerro, “Las Palmas”ın sabiq məşqçisi Pako Hemes, “Betis”də çalışan Kike Setien və “Espanyol”dan tanınan Kike Sançes Flores də siyahıya daxil edilib.

Bənzər yazılar

Back to top button