İdman

“Hədiyyələr Salahı öldürə də bilər”

“Biz adətən hədiyyə qəbul etmirik, amma hərdən insanların Salaha bağışlamaq istədiklərini götürdüyümüz də olur”.

Fanat.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, bunu “Liverpul”un hücumçusu Məhəmməd Salahın cangüdəni Kərim Abdu deyib.

Abdu bütün hədiyyələri yoxladıqlarını söyləyib: “Kimdənsə hədiyyə götürürüksə, öncə yoxlamaq lazım gəlir. Çünki hədiyyənin içində nə olduğunu heç vaxt bilmirsən. Bağlı qutuda olan hədiyyələr Salahda ürəkbulanma yarada, hətta onu öldürə də bilər”.

İnsanlar tez-tez öz problemlərini kağız parçasına yazır və Salaha verir, çətinliklərini həll etməsini istəyirlər. O, xəstələrə yardım etmək üçün milyonlar xərcləyib, doğma şəhəri üçün təcili yardım maşınları alıb”.

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 8 matça çıxan Salah 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button