Hadisə

İcra başçısından sonra azərbaycanlı deputata da cinayət işi açıldı

Gürcüstan Vahid Milli Hərəkat Partiyasından olan deputat Azər Süleymanova qarşı cinayət işi açılıb.

AzToday.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” agentliyi yayıb.

Gürcüstan Baş Prokurorluğu Azər Süleymanovu Marneuli sakininə qarşı zorakılıqda ittiham edib.

Agentlik məsələ ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, iyunun 11-də Tiflisdə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T.Abazov və Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Görüntülərdə T.Abazovun da olduğu iddia edilir.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

T.Abazov öz növbəsində görüntülərdən xəbəri olmadığını bildirib.

E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.

Bənzər yazılar

Back to top button