Cəmiyyət

Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı

Bu günə qədər sürücülərin əsas problemlərindən biri, cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsinin tələb edilməsi idi.

AzToday.az avtostop.tv-yə istinadən xəbər verir ki, yeni sənin avtomobilin cəriməni ödəmədiyinə görə (və ya başqa bir səbəbdən) cərimə meydnaçasına aparılırsa, cəriməni ödədikdən sonra sən vaxt itirib DYP-ə gedib buraxılış vərəqəsini almalı idin. İndi bu yoxdur.

Əvvəllər praktikada belə olurdu. Avtomobil cərimə meydançasına salınırdı, cərimə meydançasında ödəniş etmək mümkün deyildi, sən banka gedirdin, sonra DYP-ə gedib uzun növbədə dayanırdın, min-bir zülümlə buraxılış vərəqəsini alırdın, gəlirdin cərimə meydançasına, oradan səndən hətta bir gün qalmasa belə pul alırdılar və daha sonra avtomobilin buraxılırdı. İndi isə artıq belə deyil.
5 iyun 2018-ci il tarixində DİN Naziri Ramil Usubovun qərarı ilə “Yol Patrul Xidməti Haqqında” təlimata dəyişiklik edildi.

“Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər”.

Bundan sonra necə olacaq ? Avtomobiliniz cərimə meydançasına gətirilibsə, siz cəriməni ödədikdən sonra dərhal avtomobil buraxılmalıdır. Bir sutka tamam olmamış minik avtomobillərindən 1 manat tələb etmək olmaz!!! Buraxılış vərəqəsi ləğv edildiyinə görə, cərimə ödənilməsi barəsində qəbz təqdim edildikdən sonra, avtomobil sərbəst buraxılır. Qəbz elə buraxılış üçün əsas sayılır.

Bənzər yazılar

Back to top button