GündəmManşetSiyasət

Əliyev və Ərdoğan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər

Türkiyə və Azərbaycan prezidentləri Ərdoğan və Əliyev şənbə günü İstanbulda qapalı danışıqlar aparıblar.

Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib və həmrəylik diləyib.

Öz növbəsində Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat verib ki, söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi müzakirə olunub.

Dövlət başçıları Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəmi ətrafında da fikir mübadiləsi aparıblar.

Həmin gün axşam İlham Əliyev Bakıya qayıdıb

Bənzər yazılar

Back to top button