Cəmiyyət

Milli Məclisin 4 şöbəsi birləşdirildi, 2-i ləğv edildi

Milli Məclisdə aparılan struktur islahatları çərçivəsində parlamentin 4 şöbəsi birləşdirilib və 2 şöbəsi ləğv edilib.

AzToday.az xəbər verir ki, bununla bağlı spiker Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi, Sosial qanunvericilik şöbəsi ilə İqtisadi qanunvericilik şöbəsi birləşdirilib.

Bundan başqa Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilib.

Bənzər yazılar

Back to top button