Dünya

Xabarovskda bir həftə əvvəl başlayan nəhəng etiraz aksiyaları davam edir

Artıq yeddinci gündür Xabarovsk vilayətinin qubernatoru Sergey Furqalın on beş il əvvəl baş vermiş cinayətləri təşkil etməkdə günahlandırılması ilə əlaqədar icazəsiz aksiyalar keçirilir.

Qaynarinfo xəbər verir ki, bu gün yenidən on minlərlə insan şəhər boyu keçirilən aksiyaya axın edib.

“Kommersant”ın mitinqdə iştirak edən müxbirinin verdiyi məlumata görə, aksiyada iştirak edənlərin sayı 50 min nəfərə çatıb. Beləliklə, təxminən 35 min insanın küçələrə çıxdığı ilk rekord qırılmış olub. Ancaq etirazçı dəstələr irəlilədikcə insanlar dağılışıb və bir neçə yüz adam artıq Lenin meydanındakı başlanğıc nöqtəsinə qayıdıb. Hazırda orada müxtəlif şüarlar səsləndirərək mitinq keçirirlər. Polis baş verənləri sakitcə izləyir və iştirakçılara maskalar paylayır.

Vladivostok, Yəhudi Muxtar Vilayəti və Amur Bölgəsi sakinlərinin Xabarovska aksiyaya gəldiyinə dair məlumatlar var. Aksiyada əlil arabalarında gələn əlillər də iştirak edirlər. Böyük avtomobil karvanının sürücüləri də etirazçılara dəstək ifadə edib.

Bənzər yazılar

Back to top button