Siyasət

Azərbaycan Lavrovun Qaragöllə bağlı təklifinə necə reaksiya verəcək? (ŞƏRH)

“Azərbaycan bu təklifi qəbul etməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın KTMT çərçivəsində Azərbaycana və Ermənistana sərhəd məsələsində kömək təklifini şərh edərkən deyib. Politoloq hesab edir ki, bu məsələdə Azərbaycanın hər hansı bir hakimə ehtiyacı yoxdur:

“Bu məsələni iki tərəf – Azərbaycanla Ermənistan arasında həll etmək bizim üçün daha əlverişlidir”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın KTMT çərçivəsində Azərbaycana və Ermənistana sərhəd məsələsində yardım təklif etdiyini bildirib. Qaragöl münaqişəsi ilə bağlı Rusiya Moskvanın vasitəçi kimi çıxış edəcəyi Ermənistan-Azərbaycan sərhəd demarkasiya komissiyası yaratmağı təklif edir.

Bənzər yazılar

Back to top button