Mədəniyyət

Bakı konserti ləğv edilən müğənni Azərbaycanı “təcavüzkar” adlandırdı – FOTO

Ukraynalı müğənni Maks Barskix Azərbaycanı “təcavüzkar ölkə” adlandırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün instaqram səhifəsində paylaşım edib.

“Azərbaycandakı konsertin ləğvi ilə bağlı qərar qəbul etmişik.

Başqasına qarşı təcavüzə yol verən hər hansı bir ölkə mənim konsertimin yeri deyil”.

Onun bu təxribatçı paylaşımına azərbaycanlı istifadəçilərdən sərt reaksiya gəlib və müğənni tənqid olunub.

***09:52

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da baş tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

Şirkət “Qafqazinfo”ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.

Bənzər yazılar

Back to top button