Sağlamlıq

Bəhram Bağırzadənin qoşulduğu ECMO aparatında insan neçə gün qala bilər?

“ECMO aparatında insan yalnız 62 gün qala bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla koronavurusa yoluxan Bəhram Bağırzadənin qoşulduğu ECMO aparatından danışarkən deyib.

ECMO – ekstrakorporal membran oksigenlənmə cihazı aparatının qiymətini bilmirəm. Çünki onun köhnəsi ya təzəsi ola bilər. Bundan əlavə firması da önəmlidir. Bu üzdən cihazın qiymətlərində fərq var. Ekstra korporal – yəni, aparat bədəndən xaric qanı alır, oksgenləşdirib bədənə vurur. Bir növ ürəyin və ağciyərlərin funksiyasını yerinə yetirir”.

Adil Qeybulla bildirib ki, aparat bu cür situasiyalarda işlədilir:

“Bu aparatda qalma müddəti 62 gündür. Ondan çox qala bilməz. Bu aparata xəstə ona görə qoşulur ki, 62 gün ərzində qərar verilsin. Yəni, ağ ciyər köçürüləcək, ya yox. Bu müddət əzində ağciyər köçürülməsə, o xəstənin yaşama şansı yoxdur”.

Qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov “musavat.com”a açıqlamasında bildirib ki, ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. O, həmçinin sözügedən aparatların qiymətinin 6 milyon dollar olduğunu açıqlayıb.

Bəzi mütəxəssislər isə onların qiymətinin 100-500 min manat arasında dəyişdiyini qeyd edirlər.

Bənzər yazılar

Back to top button