İdman

“Barselona” hələ də Messiyə maaş ödəyir

“Barselona” sabiq futbolçusu Lionel Messiyə hələ də maaş ödəyir.

Qol.az xəbər verir ki, bu barədə klubun prezidenti Joan Laporta “Mundo Deportivo”ya açıqlamasında bildirib. O, 2021-ci ilin yayında komandadan ayrılmış 36 yaşlı hücumçuya 2025-ci ilədək məvacib verəcəklərini deyib:

“Biz Lionel ilə əla bir şəkildə vidalaşacağıq. Bunu yeni “Kamp Nou”nun açılışında etmək ideal olardı. Biz ona 2025-ci ilə qədər maaş verməliyik, çünki o, əvvəlki rəhbərlik dövründə bu maaşı təxirə salmışdı”.

Qeyd edək ki, Messi koronavirus pandemiyası zamanı kluba dətək olmaq məqsədi ilə maaşının azaldılmasına razı olmuşdu. O, məvacibinin qalanını qarşıdakı illərdə alacağını gözləyirdi. Forvard 2021-ci ildə “Barselona” ilə müqaviləni yeniləyə bilmədiyi üçün komandadan azad agent kimi ayrılıb. Messi daha sonra PSJ-də oynayıb və bu yay komandadan ayrılıb. O, karyerasını “İnter Mayami”də davam etdirəcək.

Bənzər yazılar

Back to top button