Hadisə

Ağcabədi sakininin maşınını oğurlayıb Beyləqanda kanala atan şəxs tutuldu

Bu ilin yanvar ayında Ağcabədi rayon sakini Sədi İbrahimov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilinin oğurlandığı barədə məlumat verib.

DIN Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində oğurlanan maşının Beyləqan rayon ərazisində kanala atıldığı müəyyən edilib. Maşın kanaldan çıxarılaraq sahibinə qaytarılıb.

Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli Abşeron rayon sakini Rəşad Səlimli saxlanılıb. R. Səlimli dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bənzər yazılar

Back to top button