Bizim seçimGündəmHadisə

Ermənistanda koronavirusdan 13 nəfər ölüb

Rəsmi məlumatlara görə xəstə sayı 1000-ə yaxınlaşır

Ermənistanda 11 aprel saat 11.00-a qədər 29 yeni koronavirus infeksiyası olan xəstə qeydə alınıb.

AzToday.az “news.am”-a istinadən xəbər verir ki, Xəstəliklərə nəzarət və profilaktika üzrə Mərkəzdən verilən məlumatlara görə, ümumilikdə, aprelin 11-də ölkədə 966 nəfər koronavirusa yoluxub. 6484 sınaq zamanı mənfi nəticələr qeydə alınıb.

Xəstəliklərə nəzarət və profilaktika üzrə Mərkəzdən verilən məlumatlara görə, hazırda 780 nəfər müalicə olunur. 173 nəfər sağalıb, 13 xəstə ölüb.

Bu rəqəmlə Ermənistan həm ölümlərin, həm də xəstələrin sayına görə Cənubi Qafqazda ilk yerə çıxıb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button