Hadisə

“Günəşli” yatağında təhlükəli vəziyyət yarandı – Rövnəq Abdullayev hadisə yerində

Ötən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib.

AzToday.Az xəbər verir ki, bu barədə məlumat “Socar”ın internet saytında yayılıb.

Lazımi tədbirlər görülmüş, quyunun ağzı bağlanmış, quyuağzı parametrlər nəzarət altına alınmışdı. Lakin sonradan, bu bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlmiş və get-gedə artmağa başlamışdır.

Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılmış, özüldə qazma işləri dayandırılmışdır. SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə getmiş və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq vermişdir. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilmişdir.

Hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.

Bənzər yazılar

Back to top button