İqtisadiyyat

İdxalda əsas tərəfdaşlarımız – Aralarında Fransa və İran da var

Bu ilin ilk yarısında Azərbaycan xaricdən 8 milyard 198 milyon dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxalın təxminən yarısı – 48,2%-i 3 ölkənin payına düşüb. Bu ölkələr Rusiya (18,8%), Çin (15,4%) və Türkiyə (14%) olub.

İdxalın 74%-i isə 10 ölkənin payına düşüb. Rusiya, Çin və Türkiyədən sonra idxalda əsas ticarət tərəfdaşlarımız aşağıdakı ölkələr olub:

Almaniya (5,89%)
Türkmənistan (5,36%)
Fransa (3,55%)
ABŞ (3,01%)
İran (2,9%)
İtaliya (2,64)
Yaponiya (2,44%)

Qeyd edək ki, idxalda əsas tərəfdaşlarımız olan 10 ölkənin arasında son zamanlar siyasi gərginliyin müşahidə olunduğu Fransa və İran da var. Azərbaycan son 6 ayda Fransadan 291 milyon dollar, İrandan 238 milyon dollar dəyərində məhsul idxal edilib.

Bənzər yazılar

Back to top button