“DÇ-2018”: Fransa və Danimarka 3 xalla başladı

Print Friendly, PDF & Email

Bu gün “DÇ-2018″də növbəti oyunlar keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün C qrupunda mübarizəyə start verilib.

İlk olaraq Fransa ilə Avstraliya meydana çıxıb. Heyət baxımından turnirin ən güclülülərindən biri hesab olunan fransızlar mundialın favoritlərindən hesab olunurlar. Didye Deşamın komandası Avstraliya qarşısında turnirə uğurlu başlanğıc etməyə nail olub.

Hesab 56-cı dəqiqədə Antoine Qrizmannın penalti qolu ilə açılıb. 6 dəqiqə sonra avsraliyalılar Mile Yedinakın penalti qoluna sevinib. 81-ci dəqiqədə isə Paul Poqba Fransanın qələbə qolunu vurub.

Qrupun digər oyununda Peru və Danimarka qarşılaşacaq. Sərt futbol oynayan danimarkalıların əsasən texnikalı və pasa söykənən çıxışı ilə parlayan Peru qarşısında nə edəcəyi maraqlıdır.

DÇ-2018
I tur

C qrupu
Fransa – Avstraliya 2:1
Qollar: Antoine Qrizmann, 56-pen. Paul Poqba, 81 – Mile Yedinak, 61-pen.
Fransa: 1. Uqo Loryis, 2. Benjamen Pavar, 4. Rafael Varan, 5. Samuel Umititi, 6. Pol Poqba, 7. Antoine Qrizmann (9. Olivier Qiroud, 70), 10. Kilian Mbappe, 11. Osman Dembele (8. Nabil Fekir, 70), 12. Koronten Tolisso (14. Blayse Matuidi, 78), 13. Nqolo Kante, 21. Lyuka Ernandes.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfonse Areola, 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 15. Steven N’Zonzi, 17. Adil Rami, 19. Qabriel Sidibe, 20. Florian Tauvin, 22. Benjamin Mendi.
Baş məşqçi: Didye Deşam.
Avstraliya: 1. Meti Rayan, 5. Mark Milliqan, 7. Metyu Leki, 10. Robbi Kruz (17. Daniel Arzani, 84), 11. Endryu Nabbut (9. Tomi Yuriç, 64), 13. Aaron Muy, 15. Mile Yedinak, 16. Azziz Behiç, 19. Coşua Risdon, 20. Trent Seynsberi, 23. Tommi Roqiç (22. Cakson İrvine, 72).
Ehtiyat oyunçular: 12. Brad Yones, 18. Danni Vukoviç, 2. Miloş Deqenek, 3. Ceyms Meredit, 4. Tim Kahill, 6. Mattey Yurman, 8. Massimo Luonqo, 14. Camie Maklaren, 21. Dimitri Petratos.
Baş məşqçi: Bert van Marviyk.
Sarı vərəqələr: Koronten Tolisso, 76 – Metyu Leki, 13. Coşua Risdon, 57. Azziz Behiç, 87.
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (Çili).
Kazan, “Kazan Arena”.

Peru – Danimarka 0:1
Qol: Yussuf Poulsen, 59.
İstifadə olunmayan penalti: Kristian Kueva, 45+2.
Peru: 1. Pedro Qallese, 2. Alberto Rodriges, 6. Migel Trauko, 8. Kristian Kueva, 10. Cefferson Farfan (11. Raul Ruidiaz, 85), 13. Renato Tapya (23. Pedro Aquino, 87), 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun, 20. Edison Flores (9. Paolo Querrero, 62).
Ehtiyat oyunçular: 12. Karlos Kakeda, 21. Joze Karvalyo, 3. Aldo Korzo, 4. Anderson Santamaria Bardales, 5. Migel Araujo, 7. Paolo Hurtado, 14. Andi Polo, 16. Vilder Kartaqena, 22. Nilson Loyola.
Baş məşqçi: Rijardo Qaresa.
Danimarka: 1. Kasper Şkmeyxel, 4. Simon Kyaer, 6. Andreas Kristensen (13. Zanka, 81), 7. Vilyam Kvist (19. Lasse Şköne, 35), 8. Tomas Delaney, 9. Nikolay Yorqensen, 10. Kristian Eriksen, 14. Henrik Dalsqaard, 17. Striger Larsen, 20. Yussuf Poulsen, 23. Pione Sisto (11. Martin Braytvayte, 67).
Ehtiyat oyunçular: 16. Yonas Lössl, 22. Frederik Ronnov, 2. Maykl Kron-Dehli, 3. Yannik Vesterqaard, 5. Yonas Knudsen, 12. Kasper Dolberq, 15. Viktor Fişçer, 18. Lukas Lerager, 21. Andreas Kornelius.
Baş məşqçi: Age Hareyde.
Sarı vərəqələr: Renato Tapya, 38 – Tomas Delaney, 86. Yussuf Poulsen, 90+4.
Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (Əlcəzair), Anuar Hmila (Tunis).
“Saransk, “Mordoviya Arena”