Dünya

Yaponiyada 6,1 bal gücündə zəlzələ: 3 ölü, 200 yaralı

Son məlumata görə, təbii fəlakət nəticəsində 3 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Su borularında problem yaranıb, qatar səfərləri təxirə salınıb. Osakanın yaxınlığında yerləşən Mihama, Takahama və Ohi Atom Elektrik Stansiyalarında zədənin yaranmadığı deyilir.

***
Yaponiyanın 2-ci ən böyük şəhəri Osakanın şimalında güclü zəlzələ meydana gəlib.

Qaynarinfo xəbər verir ki, zəlzələnin gücü 5,9 bal qiymətləndirilib. Təkanla əlaqədar sunami xəbərdarlığı edilməyib.

Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Bənzər yazılar

Back to top button