İdman

“Fənərbaxça” Aykut Kocamanı istefaya göndərdi

“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefaya göndərilib.

Fanat.Az xəbər verir ki, bunu klubun rəsmi saytında yeni prezident Ali Koç deyib.

O, qarşılıqlı razılaşma əsasında Aykut Kocamanla yollarını ayırdıqlarını bildirib və ona təşəkkür edib.

Qeyd edək ki, “Fənərbaxça” 2017/18 mövsümünü ikinci sırada tamamlayıb. Klubun iyunun 2-3-də keçirilən qurultayında məşhur iş adamı Ali Koç prezident seçilib.

Bənzər yazılar

Back to top button