İqtisadiyyat

DSX 1 milyon manatlıq dərman alır

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Pharmanova” MMC (VÖEN- 1301946271) olub.

Yeniavaz.com xəbər verir ki, qalib şirkət DSX-ya dərman preparatları, sarğı materialları, vaksin və zərdablar satacaq və qarşılığında 984 min 920 manat 62 qəpik alacaq.

Tender müsabiqəsinin qalibi olan “Pharmanova” MMC 22.04.20092-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Qızıl Şərq Hərbi şəhər, ev 8, m. 3-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Elvin Şahmar oğludur.

Bənzər yazılar

Back to top button