Hadisə

Deputat: “Heç yerdə qadının siqaret çəkməsinə pis baxmırlar, yalnız Azərbaycanda belədir”

“Homoseksualların ayrı-seçkiliyə məruz qalması dövlətin bu və ya digər formada fəaliyyəti ilə bağlı deyil. Bu, sırf mental dəyərlərdən irəli gələn ictimai qınaqdır. Qadının siqaret çəkməsinə normal baxırlarmı? Xeyr. Bir kişi cinsinə siqaret necə ziyan vurursa, qadına da eyni ziyan vurur. Burada da hətta genderi qorumaq lazımdır. Dünyanın heç bir yerində qadının siqaret çəkməsinə pis baxmırlar, yalnız Azərbaycanda belədir. Bu da illərlə formalaşan mentalitetdən, islam dəyərlərindən asılıdır”.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Elşən Musayev iclasda olan gənclərdən birinin “Azərbaycanda homoseksuallara təzyiq edilir, onlar ayrı-seçkiliyə məruz qalırlar” fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, burada dövləti qətiyyən günahlandırmaq olmaz: “Sizin dediyiniz təbəqənin üzvlərinə heç də hər yerdə “qara zolaq” göstərilmir. Bu, çox insan tərəfindən normal qarşılanır”.

Bənzər yazılar

Back to top button