Bizim seçimGündəm

Yeni icra başçısı kimdir? – DOSYE

Xəbər veridiyimiz kimi, prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Artıq 10 gündür vəzifəsini icra edən Binəqədinin yeni başçısının tərcümeyi-halı barədə məlumat açıqlanıb.

Qayanrinfo xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirilən məlumata əsasən, Elxan Şamil oğlu Allahverdiyev 15 iyun 1960-ci il tarixində Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirib.

Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb.

1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firmasının kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyəti sədrinin müavini vəzifələrində işləyib.

2017-ci ildən son təyinatadək “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb.

Bənzər yazılar

Back to top button