Hadisə

Deputatın bacısı oğlu avtoqəzada öldü – Hacıqabuldakı dəhşətli qəzanın təfərrüatı

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

APA-nın məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı “10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

AzPolitika.info”ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur və deputata məxsus “Kaspi-Yıldız” şirkətində çalışırmış.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Back to top button