Dünya

Məşhur reper qətlə yetirildi

“XXXtentacion” kimi tanınan məşhur amerikalı reper Cahse Dveyn Anfroy qətlə yetirilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, reper Mayami ştatında marketdən çıxan zaman silahlı hücuma məruz qalıb və onun həyatını xilas etmək mümkün olmayıb.

20 yaşlı Anfroyun Afrika əsilli 2 nəfər tərəfindən öldürüldüyü bildirilir.

Qeyd edək ki, Cahse Dveyn Anfroy soyğun, dava, qeyri-qanuni silah daşıma kimi ittihamlarla həbs cəzası alıb.

Bənzər yazılar

Back to top button