Bakıda yanan obyekt kimindir? – TƏFƏRRÜAT

Print Friendly, PDF & Email

Səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə güclü yanğın baş verib.

AzToday.az xəbər verir ki, faktor.az-a verilən məlumata görə yanan mağaza Roman və Sadiq adlı iş adamlartına məxsusdur. Səhər yeni mal gətirilən mağaza anidən yanmağa başlayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Verilən məlumata görə hadisə yerinə gələn FHN əməkdaşları güclü yanğını söndürmək üçün əlavə su ehtiyyacını ətaf binalardan ödəyiblər.

Yanğın söndürülüb.