Dünya

“Google” sizə nə vaxt öləcəyinizi deyəcək

“Google” şirkəti xəstələrin ölüm vaxtını müəyyənləşdirə bilən alqoritm üzərində işləyir.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, döş xərçəngi diaqnozu qoyulan və xəstəliyin sonuncu mərhələsində olan qadının xəstəxanada müayinəsi zamanı onun yaxın günlərdə ölümü 9,3% qiymətləndirilib. Alqoritmə 175,639 məlumat verilib və o qadının ölüm ehtimalını 19,9% kimi müəyyənləşdirib. Nəticədə qadın növbəti günlərdə dünyasını dəyişib.

“Google” bu sistemin gələcəkdə xəstələrin xəstəxanada qalma müddətini, buraya yenidən nə vaxt gələcəyini, nə vaxt öləcəyini müəyyənləşdirəcəyini deyir. Süni intellektlə diaqnozdakı qeyri-dəqiqlik ehtimalı azalacaq, həkimlər məlumatları analiz etmək üçün uzun müddət xərcləməyəcək və xəstələrin qayğısına qalmaq üçün daha uzun müddət sərf edə biləcəklər.

Şirkət süni intellektin inkişafı üçün şirkət bir çox tibb müəssisələri ilə işləyir və xəstələrin tibbi informasiyalarından istifadə edilir. “Google”un növbəti hədəfi alqoritmin klinikalarda tətbiqinə nail olmaqdır.

Bənzər yazılar

Back to top button