GündəmİqtisadiyyatManşetÖnə çıxanlar

İnam Kərimovun ilk fiaskosu

Kənd təsərrüfatınnın bütün yolları korrupsiyaya bulaşmayan gənc naziri korrupsiyaya doğru apara bilər…?

Atalarımızdan qalma “Çörəyi ver çörəkçiyə…” zərb-məsəli hər zaman aktualdır. Xüsusən də idarəçilik – dövlət idarəçiliyi məsələlərində. Aprel ayının sonlarında başlanmış kadr islahatlarından sonra bəzi təyinatların uğuruna şübhə etdikdə bizi qınayırdılar ki, gözləyin işləsin, nəticəyə görə münasibət bildirin. Nəticələri çox gözləmək lazım gəlmədi. Əsasən də kənd təsərrüfatı sahəsində.

ASAN Xidmətin keçmiş rəhbəri İnam Kərimovun kənd təsərrüfatı naziri təyin olunmasını tənqid edənlər sırasında biz də vardıq. Arqumentimiz də bundan ibarət idi ki, cənab Kərimov bu sahənin adamı deyil və aqrar sektora ilk növbədə təcrübəli, kənd həyatını tanıyan, torpağın dilini bilən mütəxəssis rəhbərlik etməlidir.

Savadlı hüquqşünas, təmiz məmur imicinə sahib bir dövlət adamı olması da İnam Kərimovun tam fərqli bir sahəyə başçı təyin edilməsi üçün tam əsas vermir. Belə spesfik və həssas, daha vacibi – strateji sahə olan kənd təsərrüfatına başçılıq aqrar sektor bilicisinə həvalə olunmalı idi. Kimsə son vaxtlar pambıq sahələrində baş vermiş zəhərlənmələrdə bu faktorun rolu olduğunu söyləsə, zənnimizcə, səhv etməz. Çünki pambıqçılıq xüsusi aqrotexniki qulluq tələb edən təsərrüfat sahəsidir ki, bu işlə mütləq aqronom -mütəxəssis məşğul olmalıdır. Rüşvətin kökünü kəsməklə, köhnə rəhbərlikdən qalma qaniçənləri açar vəzifələrdən uzaqlaşdırmaqla bu sahəni inkişaf etdimək mümkün deyil.
Torpaqla işləmək sənədlə işləmək deyil ki, rüşvətlə arayış, çıxarış verən təşkilatların müvafiq şöbələrini bir bir binaya doldurub “əllərini kəsəsən” və işi “ASAN”laşdırasan. Torpaq körpə uşaq kimidir, müalicə həkiminin həssaslığını, cərrahın dəqiqliyini tələb edir. Xırda bir səhv bədbəxtliyə gətirib çıxara bilər. Eynilə Saatlıda və İmişlidəki zəhərlənmələr kimi.

Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, İman Kərimovun kənddən, kənd təsərrüfatının özəlliklərindən xəbəri yoxdur. O, kənddə doğulub böyüməyib və hüquqşünas olaraq yetişib, aqranom olaraq deyil. Bu isə o deməkdir ki, İman Kərimovu çoxları asanlıqla aldatmağa nail olacaq və elə görünür ki, bu prosses artıq başlayıb. Çünki səhvlərə yol verən nazir həm də səhvlərinin girovuna çevrilir və təbii ki, prosses dərinləşdikcə də səhvlər böyüdükcə gənc nazirin bu günə qədər kənd təsərrüfatını yeyib talayanların sözünə baxmaqdan savayı çıxış yolu qalmayacaq. Yəni bütün yollar aqrar -səriştəsiz İman Kərimovu korrupsionerlərin əlində oyuncaq olmağa, daha sonra isə özünün də korrupsionerə çevrilməsinə apara bilər.

Orxan Məmmədov

AzToday.az

Bənzər yazılar

Back to top button