Dünya

Kanada marixuananı leqallaşdırdı

Kanada marixuanadan istifadəyə icazə verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kanada Senatında məsələ müzakirə edilib və 29 “Yox”, 52 “Hə” cavabı verilib. Qanun sentyabrdan etibarən qüvvəyə minəcək. Marixuanadan qeyri-tibbi məqsədlə istifadənin ölkədə leqallaşdırılması baş nazir Castin Trudounun seçki vədləri arasında yer almışdı. Kanada qərarla bu narkotik vasitəni qanuni elan edən ilk “Böyük Yeddilik” üzvü ölkə statusunu qazandı.

Qeyd edək ki, ölkədə marixuanadan 2001-ci ildən bəri tibbi məqsədlə qanuni şəkildə istifadə edilirdi.

Bənzər yazılar

Back to top button