ManşetSiyasət

Qarabağ separatçıları qanunsuz səylərinə beynəlxalq dəstəyin olmamasından məyusdurlar

Qarabağ separatçıları regionun Azərbaycandan qoparılması üçün qanunsuz səylərinə beynəlxalq dəstəyin olmamasından üzülərək yerli sakinləri iyulun 14-də Xankəndidə mitinqə çağırıblar.

Özünü separatçı rejimin “dövlət naziri” adlandıran Qurgen Nersisyan dünən vəziyyətin çıxılmaz olduğunu, Qarabağ ermənilərinin özlərini dalana dirədiklərini etiraf edib.

“Daxili resurslarımız tezliklə tükənəcək və biz “aclıq”dan, “soyuq”dan ölənlərin cəsədlərini toplamağa başlayacağıq. “Arsax”da tam “blokada” vəziyyətində olduğumuz üçün sülhməramlıların vertolyotlardan istifadə edərək öz ehtiyaclarını qarşılamasını təəccüblə müşahidə edirik”,- Nersisyan gileylənib, üstəlik rusiyalı sülhməramlıları günahlandırıb.

İyulun 13-də axşam separatçılar qanunsuz rejimin keçmiş “təhlükəsizlik katibi” Vitali Balasanyanı və onun oğlunu, qardaşını və qardaşı oğlunu həbs ediblər. Üstəlik, həbs zamanı Balasanyanın döyüldüyü bildirilir. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Balasanyan azərbaycanlılara qarşı hərbi cinayətlərdə iştiraka baxmayaraq, 2020-ci il müharibəsindən sonra bir sıra humanitar məsələlərin həllində, əsasən həlak olan erməni hərbçilərin cəsədlərinin axtarışında və Azərbaycan hərbçilərinin nəzarətində olan ərazilərdə olan sakinlərin geri qaytarılmasında Azərbaycanın strukturları ilə əlaqə saxlayıb. O həmçinin Laçın şəhərindən yan keçməklə alternativ yolun tikintisi, Laçın şəhərinin və rayonun iki kəndinin Bakının nəzarətinə verilməsilə bağlı məsələlərin həllində iştirak edib.

Lakin rusiyalı oliqarx Ruben Vardanyanın bölgəyə gəlişindən sonra Balasanyan vəzifəsindən çıxarılıb və ona qarşı cinayət işi açılıb.

Bu, yerli məmurları Azərbaycan hakimiyyətilə əlaqələrdən çəkindirmək üçün onlara təhdidedici mesaj idi.

İndiki vəziyyətdə Balasanyanın həbsi separatçıların Qarabağ ermənilərini çıxılmaz vəziyyətə salan uğursuz siyasətə müqavimət göstərməsilə bağlı narahatlıqla əlaqəli ola bilər.(Turan)

Bənzər yazılar

Back to top button