Dünya

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşdi

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Xidmətin məlumatına görə, bu gün Tacikistan tərəfi Çon-Alay bölgəsinin (Oş bölgəsi) Unju-Bulaq ərazisindəki sərhədin qeyd olunmamış hissəsində bir konteyner quraşdırmağa başlayıb. Qırğızıstan sərhədçiləri Tacikistan vətəndaşlarının Qırğızıstan ərazisinin 1 kilometr dərinliyə girdiyini bildirib.

“Tacikistan tərəfdən hərbi personalın avtomobillərdə və yüngül zirehli texnikalarda yığılmasını müşahidə edirik”, – xidmətdən deyilib.

Hazırda sərhəddə vəziyyət gərgindir. Qırğızıstan ordusu gücləndirilmiş xidmət vəziyyətinə keçib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button