İdman

“Real”ın ilk transferi açıqlandı

“Real” yay fasiləsində ilk transferini reallaşdırıb.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, “Kral Klubu” Ukraynanın “Zarya” klubundan qapıçı Andrey Lunini heyətinə qatıb.

“Real” bu transferə görə ukraynalılara 8,5 milyon avro ödəyəcək. Ukrayna klubu qolkiperin performansına görə əlavə 4 milyon avro qazana bilər.

19 yaşlı qapıçı “Real”ın yeni mövsüm öncəsi ilk təlim-məşq toplanışına qatılacaq. Onun təcrübə toplaması üçün icarəyə verilməsi gözlənilir.

Qeyd edək ki, Andrey Lunin futbolun sirrlərini “Metallist” və “Dnepr”də öyrənib. 2016/17 mövsümündə “Dnepr”in əsas heyətində oynayıb və 2017-ci ildə “Zarya”ya transfer olunub. 19 yaşlı qapıçı ötən mövsüm bu komandanın heyətində 36 rəsmi matça çıxıb.

“Transfermarkt”ın 3,5 milyon avro qiymət qoyduğu qolkiper Ukraynanın bütün aşağı yaş qrupları üzrə yığma komandalarında çıxış edib. Ötən ildən etibarən A milliyə dəvət alır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button