İdman

“Neftçi”nin baş məşqçisi ehtiyyatlı danışdı: “Rəqib çox güclüdür”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Macarıstan “Uypeşt”inin kifayət qədər güclü komanda olduğunu bildirib. O, rəqibi xüsusən fiziki baxımdan fərqləndirib.

Bununla belə, Bordin “Neftçi”nin qarşısında böyük məqsədlərin olduğunu vurğulayıb: “Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.

Qeyd edək ki, “Uypeşt”lə ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.

Bənzər yazılar

Back to top button